среда, 12 ноября 2014 г.

ELEKTRON DƏRSLİK PORTALI

Təhsil müəssissələrinin informasiyalaşdırılmasının sürətli prosesi təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər tələbəyə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən tələbə olmaq üçün imkan verir. Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək və yeni tədris metodlarının inkişafına yardım edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.

понедельник, 20 октября 2014 г.

17 oktyabr 2014-cü il tarixdə saat 12:00-da Gənclər Mərkəzinin akt zalinda 18 oktyabr Müstəqillik gününə həsr edilmiş “Xəmsə” milli intellektual oyununun IV Azərvbaycan çempionatının rayon mərhələsi keçirildi. Yarışı İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi T.Salehov açaraq iştirakçıları salamladı və hər bir komandaya uğur arzuladı. Gərgin bilik mübarizəsi şəraitində keçən yarışda rayonumuzun müxtəlif məktəblərindən 12 komanda iştirak etdi. Komandalar içərisində ən yüksək nəticələri Cülyan, Təzəkənd və şəhər 1 saylı tam orta məktəbin komandaları göstərərək finalda mübarizə apardılar.